Azərbaycan vətəndaşları 62 ölkəyə vizasız səfər edir 15 Mart 2017 02:00 Ölkə “Henley & Partners” şirkəti viza reytinqi açıqlayıb. Novator.az-ın məlumatına görə, reytinq cədvəlinə Almaniya başçılıq edir. Almaniya vətəndaşları 176 ölkəyə vizasız səfər edə bilir. İkinci yerdə İsveç qərarlaşıb. İsveç vətəndaşlarının 175 ölkəyə vizasız getmək imkanı var. Finlandiya, İtaliya, İspaniya, ABŞ və Danimarka üçüncü pilləni bölüşürlər. Bu ölkələrin vətəndaşlarının 174 ölkəyə vizasız getmək hüququ var. Reytinqə əsasən, Azərbaycan vətəndaşları 62 ölkəyə vizasız səfər edir. Qonşu ölkələrdən Gürcüstanın göstəricisi 69, Rusiyanın göstəricisi 106, Türkiyənin göstəricisi 105-dir. Reytinq cədvəlinin son pillələrində Pakistan, İraq və Əfqanıstan dayanır. / Teqlər : #Azərbaycan vətəndaşları 62 ölkəyə vizasız səfər edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Qələm` yazarlar birliyinin təqdimatı keçirildi Azərbaycanda parfümeriya bazarı hərc-mərclik içində boğulur