Azərbaycan üzərindən yükdaşıma xidmətləri bahalaşıb

Azərbaycan üzərindən yükdaşıma xidmətləri bahalaşıb

Nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,4% artıb
 
Bu ilin yanvar-mart aylarında Azərbaycanın nəqliyyat sektorunda 2016-cı ilin eyni dövrünə nisbətən yükdaşıma qiymətləri milli valyutada 12,4% artıb.
 
"Report"un məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilib.
 
"Bu ilin mart ayında fevrala nisbətən yükdaşıma qiymətləri 2,5%, o cümlədən, boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 4,5% və 2,7%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 2,7%, dəniz nəqliyyatında 3,0% azalıb. Avtomobil nəqliyyatında 8,0% bahalaşma qeydə alınıb.
 
Ölkədaxili yükdaşıma qiymətləri isə sabit qalıb", - deyə məlumatda qeyd edilib. /

Google+ WhatsApp ok.ru