Azərbaycanlı xanım beynəlxalq Quran hafizliyi müsabiqəsində iştirak edib

Azərbaycanlı xanım beynəlxalq Quran hafizliyi müsabiqəsində iştirak edib

İordaniya Haşimilər Krallığında qadın hafizələr arasında beynəlxalq "Qurani-Kərim Tilavəti" müsabiqəsi keçirilib.
 
Müxtəlif ölkələri təmsil edən xanım hafizələrlə yanaşı müsabiqədə Azərbaycan nümayəndəsi də çıxış edib.
 
Belə ki, İordaniyada ölkəmizi “Şəbnəm” İslam kollecinin hafizlik müəlliməsi Cəmilə Nəbiyeva təmsil edib. Yarışmada uğurla çıxış edən təmsilçimiz təşkilat komitəsi tərəfindən “Təşəkkürnamə” diplomu ilə təltif olunub.
 
Qeyd edək ki, təşkilat komitəsi yarışmaçılar üçün maraqlı ziyarət proqramı hazırlayıb. Müsabiqə iştirakçıları İordaniya ərazilərində yerləşən müxtəlif tarixi ziyarətgahları, o cümlədən, Əshabi-Kəhf mağarasını, Həzrəti Yuşa ibni Nun (ə.s) və Həzrəti Əbu Ubeydullah ibni Cərahın məqbərələrini, eləcə də Kral Hüseyn məscidini və Ölü dənizi ziyarət edib. (salamnews) /
 
 
 
 

Google+ WhatsApp ok.ru