Azərbaycanda bir ildə 1 milyon 600 mindən çox radar cəriməsi yazılıb - RƏSMİ 01 İyun 2017 01:00 Ölkə Azərbaycanda bir il ərzində radara düşərək, cərimələnənlərin sayı açıqlanıb. Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a açıqlamasında deyib ki, 2016-cı il ərzində ümumilikdə 2,861,880 yol hərəkəti qayda pozuntusu aşkarlanıb. “Yazılan protokolların 1 milyon 600 mindən çoxu elektron protokollardır. Bu protokollar xüsusi texniki vasitələrin (radar) köməyi ilə qeydə alınıb. Qayda pozuntularının böyük bir qismi sürət həddini aşma ilə bağlıdır”. / Teqlər : #Azərbaycanda bir ildə 1 milyon 600 mindən çox radar cəriməsi yazılıb RƏSMİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Dondurulmuş maaşlarımızı tələb edirik` Proqnozlar Bürosu: İyunun 3-dən Azərbaycanda hava şəraiti sabitləşəcək