Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur

Bu gün Azərbaycanda İslam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.
 
Bayram qəməri təqvimlə Zil-hiccə ayının 10-dur və Azərbaycan üfüqünə uyğun olaraq miladi təqvimlə sentyabrın 1-nə təsadüf edir.
 
Bu gün ölkənin bütün məscidlərində Qurban bayramı namazı qılınacaq. Bundan başqa, Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar Minada qurban kəsəcəklər.
 
Qurban bayramı ilə əlaqədar sentyabr ayının 1-i və 2-si ölkədə qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, sentyabrın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü də qeyri-iş günü olacaq. Ümumilikdə bayram tətili 4 gün davam edəcək.  (Maide.Az)
 

 

Google+ WhatsApp ok.ru