Azərbaycanda 35 uşaq yol qəzasında həlak olub - RƏSMİ 28 Sentyabr 2017 01:00 Ölkə Kamran Əliyev: “Uşaqların əksəriyyəti valideynlərin yanında vurulub” “Bu ilin 8 ayı ərzində azyaşlı uşaqların iştirakı ilə baş verən qəzalarda 35 nəfər həlak olub, 139 nəfər yaralanıb”. Bunu Avtosfer.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib. Onun sözlərində görə, ölən 35 nəfərin 23-ü məhz piyada olaraq vurulanlardır. Uşaqların əksəriyyəti valideynlərin yanında vurulub: “Çox nadir hallarda olur ki, uşaqlar oynayan zaman yolun hərəkət hissəsinə qaçması nəticəsində avtomobillər tərəfindən vurulur. Ümumilikdə, uşaqların vurulma halları böyüklərə nisbətən azdır”. / Teqlər : #Azərbaycanda 35 uşaq yol qəzasında həlak olub RƏSMİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda orta məktəb təhsili pullu olacaq? - RƏSMİ CAVAB Azərbaycanda Məhərrəm ayı ilə bağlı körpələrə verilən adlar açıqlanıb