Azərbaycanda əhalinin hər nəfərinə 5 min 149.4 manat ÜDM istehsalı düşür 24 Oktyabr 2017 01:00 İqtisadiyyat 2017-ci ilin doqquz ayında 50 milyard 67.3 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Əhalinin hər nəfərinə 5 min 149.4 manat ÜDM istehsalı düşür. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Məlumatda bildirilir ki, bu dövrdə neft sektorunda əlavə dəyər istehsalı 6.5 faiz azalıb. İqtisadiyyatın qeyri-neft sektorunda isə 2.5 faiz çoxalıb. ÜDM-də ümumilikdə 1 faizə yaxın azalma olduğu bildirilir. Ekspertlərin fikrincə, bu göstəriciyə görə, Azərbaycan qonşularından geri qalır. Bu il Gürcüstanda ÜDM-də artım baş verib. Son illər Azərbaycanda ÜDM azalmaqda davam edir. Ötən il ÜDM 4 faizə yaxın azalıb. Bu ilin sonuna kimi ümumilikdə 1 faiz civarında azalma proqnozlaşdırılır. Dollarla götürdükdə son illər ÜDM-də daha çox azalma baş verdiyi üzə çıxır. 2015-ci ildə ölkədə baş verən devalvasiyalar nəticəsində manat iki dəfə dəyər itirib. Gələn il isə ÜDM-də artım gözlənir. Ekspertlər bunu gələn ilin büdcəsində tikintiyə daha çox vəsaitin ayrılması ilə izah edirlər.(azadliq.org) Teqlər : #Azərbaycanda əhalinin hər nəfərinə 5 min 149.4 manat ÜDM istehsalı düşür, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İslahatlar alternativsizliyi `İqtisadi fəallıq azalır, vergilər çoxalır`