Azərbaycanda 4 uşaq xəstəxanalıq oldu - YENİ TƏHLÜKƏ 18 May 2018 01:00 Ölkə -- bu hal paxladan hazırlanmış qida qəbul etdikdən sonra baş verib Cənub bölgəsində 4 azyaşlıda qanın parçalanması-favizm xəstəliyi aşkarlanıb. Maide.Az APA-a isitnadən xəbər verir ki, Masallı rayon sakini, 2012-ci il təvəllüdlü Mustafa Mahir oğlu Əliyev, Lənkəran şəhər sakini, 2015-ci il təvəllüdlü Əli Vüsal oğlu Axundov, Lənkəran rayonun Yuxarı Nüvədi kənd sakini, 2012-ci il təvəllüdlü Zeynəb Xanbaba qızı Əlizadə və Lənkəran rayonunun Separadi kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərsadiq Tofiq oğlu Məmmədov vəziyyətlərinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Uşaq şöbəsinə yerləşdirilən azyaşlılar həkimlər tərəfindən müayinə olunduqdan sonra onlara Favizm (qanın parçalanması) diaqnozu qoyulub. İlkin məlumata görə, bu hal paxladan hazırlanmış qida qəbul etdikdən sonra baş verib. Teqlər : #Azərbaycanda 4 uşaq xəstəxanalıq oldu YENİ TƏHLÜKƏ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yaşı 65-dən çox olan HANSI müəllimlərin işləməsi üçün iki qurumun razılığı tələb olunacaq? Sabaha olan hava proqnozu açıqlanıb