Azərbaycanda bu həftədən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq 28 Avqust 2018 01:00 Ölkə Azərbaycanda bu həftədən – sentyabrın 1-dən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq. “Report”un xəbərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək. Teqlər : #Azərbaycanda bu həftədən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Birinci sinfə qəbul üzrə 44 880 sorğu yerləşdirilib Sabaha olan hava proqnozu açıqlanıb