Azərbaycan əhalisinin SON SAYI açıqlandı

Azərbaycan əhalisinin SON SAYI açıqlandı

Azərbaycanda bu il 103 mindən çox yeni körpə doğulub

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 61160 nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 959 min 245 nəfərə çatıb.
 
Maide.Az xəbər verir ki, Trend-in məlumatına görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.
 
Qeyd edək ki, əhalinin 52,9 faizi şəhərdə yaşayır, 47,1 faiz əahlisi kənd sakinləridir.
 
Məlumata görə, əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
 
Azərbaycanda bu il 103 mindən çox yeni körpə doğulub
 
2018-ci ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 103 371 doğulan körpə qeydə alınıb.
 
Bu göstərici əhalinin hər 1000 nəfərinə 14,1 təşkil edib.
 
Qeyd edək ki, doğulan körpələrdən 1962-si əkiz, 84-ü isə üçəm olub.
 
Məlumata görə, Azərbaycanda uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.
 

 

Google+ WhatsApp ok.ru