Azərbaycanda bu yollarda 30 santimetr qar var – HƏRƏKƏT DAYANDI - SİYAHI

Azərbaycanda bu yollarda 30 santimetr qar var – HƏRƏKƏT DAYANDI - SİYAHI

Azərbaycanda müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar bəzi yollarda hərəkət çətinləşib.
 
Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a bildirilib ki, Şamaxı-Ağsu və Muğanlı-İsmayıllı yollarında yalnız hər iki oxu ötürücü olan nəqliyyat vasitələri (ofroderlər) hərəkət edə bilir.
 
Belə ki, Muğanlı-İsmayıllı yolunun 138-ci kilometrliyində və Ağsu dolaylarında yolun hərəkət hissəsində qarın hündürlüyü 30 santimetrə çatıb. Bundan başqa Bakı-Şamaxı, Şamaxı-Pirqulu yollarında da hərəkət çətinləşib. Qarın yolun hərəkət zolaqlarını tutuması nəticəsində minik avtomobillərinin bu istiqamətlərdə səfərə çıxmaması tövsiyə edilir.
 
Digər magistral və rayonlararası yollarda da qar yağsa da, nəqliyyat vasitələrinin hərəkətində ciddi maneə yoxdur.
 
Avtomobil yollarındakı vəziyyət haqqında İctimaiyyətlə əlaqələr şöbəsinin M Ə L U M A T I 
 
1 Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən-Şabran hissəsində yağış, Quba və Qusar rayonları ərazisindən keçən hissəsinə qar yağır. Havanın temperaturu müsbət olduğundan yolda qar yoxdur, hərəkət təmin olunub. Quba rayonunun Xınalıq, Qusar rayonunun Şahdağ ərazisində yollarda 5-10 sm qar var, lazımi tədbirlər görülür və nəqliyyatın hərəkəti təmin olunur.
 
2 Giləzi - Xızı - Qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.
 
3 Bakı - Qobustan - Qar yağır, 1-2 dərəcə şaxta var. Yolun Cəngi-Qobustan hissəsinə 7-10 sm qar yağmışdır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.
 
4 Qobustan - Şamaxı - Muğanlı - Güclü qar yağır, 1-2 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır, eyni zamanda qum-duz səpilir. Hərəkət təmin olunub.
 
5 Muğanlı - Ağsu - Yevlax avtomobil yolunun Muğanlı-Ağsu hissəsinə qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır.
 
6 Bakı - Ələt - Hacıqabul - Sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
 
7 Hacıqabul – Ucar – Yevlax -Yolun Hacıqabul-Ucar hissəsinə sulu qar yağır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
 
8 Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
 
9 Muğanlı – İsmayıllı Qar yağır, şaxta yoxdur. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
10 İsmayıllı – Oğuz – Qəbələ - Şəki - Qar yağır, yolun İsmayıllı-Qəbələ hissəsində yolda 7sm qar yağmışdır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub və bu istiqamətdə işlər aparılır. Yolun Oğuz-Şəki hissəsində sulu qar yağır.
 
11 Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, yağış və sulu qar yağır. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.
 
12 Yevlax – Şəki (Göybulaq) - Şəki rayonu ərazisində yağış yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.
 
13 Gəncə-Daşkəsən - Xoşbulaq - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
 
14 Şəmkir - Gədəbəy - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
 
15 Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi avtomobil yolu - Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
 
16 Masallı – Yardımlı Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
 
17 Lənkəran – Lerik - Yağıntı yoxdur, hava dumanlıdır, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
 
18 Hacıqabul – Bəhramtəpə – Horadiz - Yolun Hacıqabul-Sabirabad-Saatlı hissəsində hissələrlə sulu qar və yağış yağır. Yolda nəqliyyat vasitələrinin hərəkəti normaldır.
 

Google+ WhatsApp ok.ru