Azərbaycanda martın 28-ə gözlənilən hava şəraiti açıqlanıb 27 Mart 2019 13:04 Ölkə Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Maide.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a verilən məlumata görə, martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, gecəyə doğru isə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 11-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Teqlər : #Azərbaycanda,#martın,#28ə,#gözlənilən,#hava,#şəraiti,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Boşanmaq istəyənlər birbaşa məhkəməyə müraciət etməsinlər - Yeni qanun Kreditinə güzəşt olunan vətəndaşların siyahısı açıqlandı