Azərbaycan sentyabrın 1-dən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək 25 İyul 2019 14:12 Ölkə 2019-cu il sentyabrın 1-dən Azərbaycan 30 günədək müddət üçün ölkəyə səfər edən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edir. Azərbaycan XİN Türkiyənin xarici işlər idarəsinə müvafiq nota göndərib. 30 gündən çox Azərbaycan ərazisində qalmaq istəyən Türkiyə vətəndaşlarının statusu ölkənin müvafiq qanunları ilə tənzimlənir. Viza tələbinin ləğvi qərarı Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin yüksələn xətlə inkişafına növbəti əsaslı töhfə olacaq, deyə Azərbaycan XİN-in məlumatında bildirilir. Qeyd edək ki, artıq uzun illərdir Türkiyəyə 30 günədək səfər edən Azərbaycan Respublikası vətəndaşları viza tələbindən azad edilib. Teqlər : #Azərbaycan,#sentyabrın,#1dən,#Türkiyə,#vətəndaşları,#üçün,#viza,#rejimini,#ləğv,#edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabahın hava proqnozu açıqlanıb Əhalinin leqal təhsil xərcləri 8,2 faiz artıb