Azərbaycan-Ermənistan sərhədində monitorinq keçirilib 04 Sentyabr 2019 12:22 Qarabağ xəbərləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinq keçirilib. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçiriblər. Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Martin Şuster aparıblar. Teqlər : #AzərbaycanErmənistan,#sərhədində,#monitorinq,#keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistanın Qubadlını işğal etməsindən 26 il ötür Azərbaycan və Ermənistan XİN başçıları yaxın günlərdə görüşəcək
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni