Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyunun 15-dək uzadılıb 29 May 2020 17:09 Ölkə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Maide.Az xəbər verir ki, Qərargahdan daxil olan məlumatda bildirilir ki, ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzarət altına alınıb. Bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Bununla yanaşı, sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılır. Eyni zamanda 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib: ● Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur; ● ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla); ● açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir; ● Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla); Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır. Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir. Teqlər : #Azərbaycanda,#xüsusi,#karantin,#rejiminin,#müddəti,#iyunun,#15dək,#uzadılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda sərhədlərin bağlanmasının vaxtı uzadıldı Havanın temperaturu 4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ Ölkə Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb Azərbaycan əhalisinin sayı açıqlanıb Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb Azərbaycan ilə Qətər arasında viza rejimi ləğv olunub Bakının bəzi küçələrində su olmayacaq Azərbaycanda təbii qazın və elektrik enerjisinin qiyməti bahalaşıb Noyabrda dörd gün qeyri-iş günüdür Azərbaycanda ərzaq məhsulları orta hesabla 2,6 faiz bahalaşıb Peşə məktəblərində kredit sistemi təşkil olunacaq Pay torpaqlarına dövlət reyestrindən çıxarış verilməsi üçün rüsum tutulmayacaq Şənbə gününün hava proqnozu açıqlanıb 'Müstəqillik Günü haqqında'qanun layihəsi qəbul edildi Azərbaycanda banklar tərəfindən bankomatlar vasitəsilə dollar əsginasların qəbulu dayandırılıb Sabahın hava proqnozu açıqlanıb Sərnişinlərin NƏZƏRİNƏ: Marşrut xəttinin hərəkət sxemi dəyişdirildi Sabah gecə saatlarında 'Azercell'in bəzi xidmətlərində çətinliklər olacaq Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi yaranıb Daşınmaz əmlaka dair texniki sənədlərdən dövlət rüsumu tutulmayacaq Sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakının 3-cü mikrorayon ərazisində yolların birində hərəkət məhdudlaşdırılır Bakının 3-cü mikrorayon ərazisində yolların birində hərəkət məhdudlaşdırılır Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda hərəkət üç gün məhdudlaşdırılacaq - YENİLƏNİB Əcnəbilərin Azərbaycan universitetlərində təhsil almaq qaydaları dəyişdirilib Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb Bu gün Bakının mərkəzi hissəsində su olmayacaq 'Azərbaycanın su ehtiyatları ilbəil azalır' Bakıda V-IX siniflər üzrə diaqnostik qiymətləndirmə keçirilir Sabaha gözlənilən hava şəraiti açıqlanıb Peşə təhsili haqqında dövlət sənədi ilə universitetə daxil olmaq mümkün olacaq Bakı metrosunda gələn il təmassız ödəniş etmək mümkün olacaq Şənbə gününün hava proqnozu açıqlanıb Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti UZADILDI Sabah hava necə olacaq? Masazır gölü niyə quruyur? - AÇIQLAMA (FOTO) Umayra Tağıyeva: 'Havanın temperaturu ötən illə müqayisədə 3.3 dərəcə aşağıdır' Yeni tikililər mərkəzi istilik sisteminə qoşula bilər - 'Azəristiliktəchizat' Gələn həftədən qeyri-qanuni avtobus və taksilərə qarşı ciddi tədbirlər görüləcək Sabahın hava proqnozu açıqlanıb AZAL Ermənistan hava məkanından istifadə etməyə başlayıb Rezidenturaya qəbulun nəticələri açıqlanıb