Azərbaycanda 7 minə yaxın müəllim iş yerini dəyişmək istəyir 06 İyun 2020 12:09 Ölkə Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb. Nazirlikdən "Report"a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 10 068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6 871 nəfəri elektron ərizəsini təsdiq edib. Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Teqlər : #Azərbaycanda,#minə,#yaxın,#müəllim,#iş,#yerini,#dəyişmək,#istəyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İş yerini dəyişmək istəyən müəllimlərə XƏBƏRDARLIQ Sərt karantin rejimin ilk günü - FOTO