Azərbaycan, Rusiya, Ukrayna, Hindistan və İran nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan, Rusiya, Ukrayna, Hindistan və İran nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan, Rusiya, Ukrayna, Hindistan, İranın iştirakı ilə iyulun 28-də beştərəfli zirvə görüşü keçiriləcək.
 
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran dəmir yollarının rəhbəri Saed Rasouli Hindistanın İrandakı səfiri Qaddam Dharmendra ilə görüşdə bildirib.
 
Onun sözlərinə görə, zirvə görüşündə  beş ölkə arasında nəqliyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin yolları araşdırılacaq.
 
Görüşdə, həmçinin İran-Hindistan əlaqələrinin uzun tarixə malik olduğu, iki ölkə arasında bölgədə tranzit əlaqələrin inkişafı ilə bağlı danışıqların çox qənaətbəxş olduğu vurğulanıb.
 
İran dəmir yollarının rəhbəri qeyd edib ki, hazırda Xəzər dənizinin şərqini və qərbini birləşdirən beynəlxalq dəhlizdə, həmçinin şimal-cənub dəhlizində əməkdaşlığı üçün yaxşı vəziyyət mövcuddur: “Bu isə bölgədəki bu dəmir yolu marşrutlarından istifadə etməklə malların daşınma qiymətini azaltmaq üçün yaxşı bir fürsət və üstünlükdür”.
 
Xatırladaq ki, Azərbaycan, Rusiya, Hindistan, İran, Ukrayna "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq edir. Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. 
 

Google+ WhatsApp ok.ru