Azərbaycan-İran sərhəd çayları üzərində 5 körpü salınır - Səfir 15 Sentyabr 2020 10:59 Ölkə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi regional və dünya üzrə ən önəmli dəhlizlərdən biridir. Bunu Trend-ə açıqlamasında İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi deyib. Səfir bildirib ki, bu dəhliz bir tərəfdən İran İslam Respublikası və Azərbaycan Respublikasının dəmiryol şəbəkəsini birləşdirir, digər tərəfdən isə Hindistandan Rusiyaya, hətta Şərqi Asiyadan Avropa qitəsinədək çoxcəhətli yükdaşıma üçün münasib imkan yaradan infrastrukturdur: "Bu dəhliz daha sərfəli və daha təhlükəsiz tranzit yollarından biri olduğuna görə İran və Azərbaycanın gündəmindəki əsas layihələrdən biridir. Hazırda bu layihənin daha tez icrası üçün eyni zamanda bir neçə addım atılmaqdadır. Bunlardan İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun inşası, İran Astarasında dəmiryol terminalının inşası, həmçinin iki ölkənin sərhəd çayları üzərində 5 körpünün salınmasını qeyd etmək olar. Pandemiya ilə əlaqədar bu layihələrin icrası bir neçə aylıq təxirə salınsa da, əldə olunan razılaşmalar və məsləhətləşmələrlə tezliklə inşa işləri yenidən başlayacaq. Xatırladım ki, dəhlizdə bəzi istiqamətlər (dəmir yolu) hələ təkmilləşmədiyinə görə məhsullar Fars körfəzindən Astara dəmiryol terminalına və əks istiqamətdə yük maşınları və dəmiryolu vasitəsi ilə daşınmaqdadır. Eyni zamanda, pandemiyanın ilk çətin dövrlərində məhsul tranzitinə imkan yaradan Azərbaycan rəsmilərinə dərin təşəkkürümü bildirirəm". Səfir Seyid Abbas Musəvi qeyd edib ki, Azərbaycana səfər etməzdən öncə İranın Azərbaycanla sərhədindəki 4 vilayətlə yaxından tanış olub: "İran Astarasında dəmiryolu terminalının inşa olunması iki ölkənin sərhəd layihələrindən biridir. Əlbəttə, bu istiqamətdə işlər sürətləndirilməlidir. İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Parsabad rayonu ilə Azərbaycanın İmişli rayonu arasında birgə sənaye parkının yaradılması planı var. Bu plan yekun memorandumun tənzimlənərək imzlanması üçün iki ölkənin texniki komitələri tərəfindən araşdırılır. Bundan başqa, Astaraçay üzərində avtomobil körpüsünün inşa olunması, Ərdəbil dəmiryolunun Azərbaycan dəmiryoluna birləşdirilməsi də iki ölkənin gündəmində olan layihələrdəndir. Ümid edirəm ki, tezliklə bununla əlaqədar irəliləyişin şahidi olacağıq" Teqlər : #Azərbaycanİran,#sərhəd,#çayları,#üzərində,#körpü,#salınır,#Səfir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gecədən Bakı və Abşeronda hava qeyri-sabit keçəcək -XƏBƏRDARLIQ Azərbaycan, Əfqanıstan və Türkmənistan TIR parklarının yaradılmasını nəzərdən keçirir Ölkə Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb Azərbaycan əhalisinin sayı açıqlanıb Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb Azərbaycan ilə Qətər arasında viza rejimi ləğv olunub Bakının bəzi küçələrində su olmayacaq Azərbaycanda təbii qazın və elektrik enerjisinin qiyməti bahalaşıb Noyabrda dörd gün qeyri-iş günüdür Azərbaycanda ərzaq məhsulları orta hesabla 2,6 faiz bahalaşıb Peşə məktəblərində kredit sistemi təşkil olunacaq Pay torpaqlarına dövlət reyestrindən çıxarış verilməsi üçün rüsum tutulmayacaq Şənbə gününün hava proqnozu açıqlanıb 'Müstəqillik Günü haqqında'qanun layihəsi qəbul edildi Azərbaycanda banklar tərəfindən bankomatlar vasitəsilə dollar əsginasların qəbulu dayandırılıb Sabahın hava proqnozu açıqlanıb Sərnişinlərin NƏZƏRİNƏ: Marşrut xəttinin hərəkət sxemi dəyişdirildi Sabah gecə saatlarında 'Azercell'in bəzi xidmətlərində çətinliklər olacaq Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi yaranıb Daşınmaz əmlaka dair texniki sənədlərdən dövlət rüsumu tutulmayacaq Sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakının 3-cü mikrorayon ərazisində yolların birində hərəkət məhdudlaşdırılır Bakının 3-cü mikrorayon ərazisində yolların birində hərəkət məhdudlaşdırılır Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda hərəkət üç gün məhdudlaşdırılacaq - YENİLƏNİB Əcnəbilərin Azərbaycan universitetlərində təhsil almaq qaydaları dəyişdirilib Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb Bu gün Bakının mərkəzi hissəsində su olmayacaq 'Azərbaycanın su ehtiyatları ilbəil azalır' Bakıda V-IX siniflər üzrə diaqnostik qiymətləndirmə keçirilir Sabaha gözlənilən hava şəraiti açıqlanıb Peşə təhsili haqqında dövlət sənədi ilə universitetə daxil olmaq mümkün olacaq Bakı metrosunda gələn il təmassız ödəniş etmək mümkün olacaq Şənbə gününün hava proqnozu açıqlanıb Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti UZADILDI Sabah hava necə olacaq? Masazır gölü niyə quruyur? - AÇIQLAMA (FOTO) Umayra Tağıyeva: 'Havanın temperaturu ötən illə müqayisədə 3.3 dərəcə aşağıdır' Yeni tikililər mərkəzi istilik sisteminə qoşula bilər - 'Azəristiliktəchizat' Gələn həftədən qeyri-qanuni avtobus və taksilərə qarşı ciddi tədbirlər görüləcək Sabahın hava proqnozu açıqlanıb AZAL Ermənistan hava məkanından istifadə etməyə başlayıb Rezidenturaya qəbulun nəticələri açıqlanıb