Azərbaycanda dövlət uşaq müəssisələrində yaşayan valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb 23 Sentyabr 2020 12:15 Ölkə Azərbaycanda hazırda müəssisələrdə 1500-ə yaxın valideyn himayəsindən məhrum uşaq". APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsindəki canlı yayımda Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib. Onun sözlərinə görə, 0-3 yaş arası uşaqlar Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evindədir: “3 yaşdan yuxarı uşaqlar isə Təhsil Nazirliyi və icra hakimiyyətlərinin tabeliyində olan uşaq evləri və ya internat evlərindədir. Bu cür uşaqlar eyni zamanda dövlət statusu almayan QHT sığınacaqlarında da var. Amma burada incə bir məqam var, hər valideyn himayəsindən məhrum olan uşaq övladlığa götürülə bilməz. Yəni bu gün valideyn himayəsindən məhrum olan 1500 uşaq varsa, bu, o demək deyil ki, övladlığa verilməli 1500 uşaq var. Ailə Məcəlləsinə görə, övladlığa veriləcək uşaqlarla bağlı bir sıra qaydalar var ki, bunlardan da başlıcası valideynlərin razılığıdır. Nəzərə alsaq ki, valideyn himayəsindən məhrum olan uşaqların bir çoxunun valideyni var, onlar uşaqlarını bir neçə müddətlik müəssisəyə yerləşdiriblər, uşaqlarından imtina etməyiblər. Elə uşaqlar var ki, müəssisədədir, ancaq illərlə onu heç kim ziyarət etmir. Biz həmin uşağın valideynlərini tapırıq, onun ailəyə inteqrasiya olunması üçün danışıqlar aparırıq. Əgər valideynlər öz məsuliyyətindən imtina edirlərsə, biz onların notarial qaydada təsdiqlənmiş razılığı əsasında uşaqlarının övladlığa verilməsi ilə bağlı iş görmüş oluruq. Hər iki valideyni vəfat etmiş, yaxın qohumu tərəfindən qəyyumluğa götürülməyən uşaqlar barədə məlumat da övladlığa götürülmə ilə bağlı sistemə yerləşdirilir. Eyni zamanda, bəzən hər iki valideyn uşaqlarına qarşı etinasızlıq, zorakılıq səbəbindən valideynlik hüququndan məhrum olunurlarsa, onlar da övladlığa verilə bilər. Qanunda bildirilir ki, həmin valideynlər valideynlik hüququndan məhrum ediləndən bir il sonra və valideynlərin davranışında dəyişik olmadığı səbəbindən bu uşaqlar da övladlığa verilə bilər”. Teqlər : #Azərbaycanda,#dövlət,#uşaq,#müəssisələrində,#yaşayan,#valideyn,#himayəsindən,#məhrum,#uşaqların,#sayı,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran Təbriz-İstanbul-Təbriz marşrutu üzrə fövqəladə aviareys təşkil edəcək Sabah hava necə olacaq? Ölkə Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb Azərbaycan əhalisinin sayı açıqlanıb Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb Azərbaycan ilə Qətər arasında viza rejimi ləğv olunub Bakının bəzi küçələrində su olmayacaq Azərbaycanda təbii qazın və elektrik enerjisinin qiyməti bahalaşıb Noyabrda dörd gün qeyri-iş günüdür Azərbaycanda ərzaq məhsulları orta hesabla 2,6 faiz bahalaşıb Peşə məktəblərində kredit sistemi təşkil olunacaq Pay torpaqlarına dövlət reyestrindən çıxarış verilməsi üçün rüsum tutulmayacaq Şənbə gününün hava proqnozu açıqlanıb 'Müstəqillik Günü haqqında'qanun layihəsi qəbul edildi Azərbaycanda banklar tərəfindən bankomatlar vasitəsilə dollar əsginasların qəbulu dayandırılıb Sabahın hava proqnozu açıqlanıb Sərnişinlərin NƏZƏRİNƏ: Marşrut xəttinin hərəkət sxemi dəyişdirildi Sabah gecə saatlarında 'Azercell'in bəzi xidmətlərində çətinliklər olacaq Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi yaranıb Daşınmaz əmlaka dair texniki sənədlərdən dövlət rüsumu tutulmayacaq Sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakının 3-cü mikrorayon ərazisində yolların birində hərəkət məhdudlaşdırılır Bakının 3-cü mikrorayon ərazisində yolların birində hərəkət məhdudlaşdırılır Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda hərəkət üç gün məhdudlaşdırılacaq - YENİLƏNİB Əcnəbilərin Azərbaycan universitetlərində təhsil almaq qaydaları dəyişdirilib Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb Bu gün Bakının mərkəzi hissəsində su olmayacaq 'Azərbaycanın su ehtiyatları ilbəil azalır' Bakıda V-IX siniflər üzrə diaqnostik qiymətləndirmə keçirilir Sabaha gözlənilən hava şəraiti açıqlanıb Peşə təhsili haqqında dövlət sənədi ilə universitetə daxil olmaq mümkün olacaq Bakı metrosunda gələn il təmassız ödəniş etmək mümkün olacaq Şənbə gününün hava proqnozu açıqlanıb Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti UZADILDI Sabah hava necə olacaq? Masazır gölü niyə quruyur? - AÇIQLAMA (FOTO) Umayra Tağıyeva: 'Havanın temperaturu ötən illə müqayisədə 3.3 dərəcə aşağıdır' Yeni tikililər mərkəzi istilik sisteminə qoşula bilər - 'Azəristiliktəchizat' Gələn həftədən qeyri-qanuni avtobus və taksilərə qarşı ciddi tədbirlər görüləcək Sabahın hava proqnozu açıqlanıb AZAL Ermənistan hava məkanından istifadə etməyə başlayıb Rezidenturaya qəbulun nəticələri açıqlanıb