Bərpaya ehtiyacı olan daha bir məscid - VİDEO

Maide.az TTV-yə istinadən xəbər verir ki, Tovuzda bərpaya ehtiyacı olan daha bir abidə var. Məscid, mədrəsə kimi fəaliyyət göstərən abidədən indi divarlar qalıb. Əsrlərin yadigarı olan məscid məhv olmaq üzrədir.
 
Tovuz rayonunun Vahidli kəndində  yerləşən məscid 18-ci əsrdə inşa edilib. Daha sonra mədrəsə kimi fəaliyyət göstərib. Vaxtilə burada yaşamış maarifçi Mirzə Yusif kəndin və qonşu kəndlərin uşaqlarına oxuma-yazma öyrədib. Məscidin tikintisi zamanı sarı torpaqdan, çay daşları və qırmızı kərpicdən istifadə olunub. İki gümbəzdən ibarət olan məscidin ərtafında bəylərə məxsus qəbirlər var. Bura Sovet imperiyası qurulana qədər ibadət yeri olub. Məscid 1988-ci ildən yenidən bərpa olunsa da indi məhv olmaq üzrədir.Dövlət tərəfindən memarlıq abidəsi kimi siyahıya alınan abidənin təmir-bərpaya ehtiyacı var.

Google+ WhatsApp ok.ru