Bu günün Bakıda yağış yağacaq

Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. 
 
Maide.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər zəif duman olacaq. Gündüz mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə və axşam 80-90, gündüz 60-65 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gündüz qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 0-4, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. 

Google+ WhatsApp ok.ru