Bəzi yollarda sürət həddi aşağı salınıb

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Maide.az-a daxil olan məlumata görə, hava şəraiti nəzərə alınaraq  Böyükşor-Hava limanı -Bigəh, Zığ dairəsi - Hava Limanı avtomobil avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi  məqsədilə  hər zolaq üzrə sürət həddi 20km/saat aşağı salınıb. Belə ki 120km/saatdan 100-ə, 100 km/saatdan  80-ə, 80 km/saatdan 60-a endirilib.  Hava şəraiti dəyişən kimi  sürət həddi yenidən əvvəlki vəziyyətə qaytarılacaq.

 

Google+ WhatsApp ok.ru