Mehman Əliyevi zəhərləyiblər?

Baş redaktor: “İnfeksion proses gedir, aləm dəyib bir-birinə”
 
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin səhhətində problemlər yaranması, daha dəqiq desək, zəhərlənməsi barədə redaksiyamıza məlumat daxil olub. Bunu onun özü ilə dəqiqləşdirmək üçün əlaqə saxladıqda isə məlum oldu ki, səhhəti ilə bağlı xəbərlər şişirdilib.
Belə ki, M.Əliyevin səhhətində martın 22-dən etibarən yaranan problemlər bu günə qədər davam etsə də, bunun zəhərlənmə ilə əlaqəsi yoxdur: “Soyuqdəymə ilə infeksiya üst-üstə gəlib. Hər şey idmandan başladı. İdmanda ”naqruzka"nı çox verdim. Ardınca da özümü soyuğa verdim. Ondan başladı. Bir az sonra soyuğa verdim, infeksiyaya keçdi. Aləm dəydi bir-birinə. Həkim dedi ki, gərək uzanasan, sənin əzələlərin sıradan çıxıb. İynə vurdurdum, kurs keçdim. İndi evdəyəm. Bir neçə gün də evdə olacağam ki, tam düzəlim".
 
M.Əliyev dedi ki, həkimin qoyduğu diaqnoz soyuqdəymə və infeksiyadır. Onun sözlərinə görə, hazırda infeksion proses gedir: “Zəhərlənmə ilə əlaqəsi yoxdur."(Yeni Müsavat)

Google+ WhatsApp ok.ru