Bərdədə məcburi köçkünlərin məscidini sökdürən kimdir? - Foto 24 Aprel 2016 01:00 Ölkə Bərdədə aprelin 14-dən məcburi köçkünlərin 866-ci və 566-cı qəsəbələrindəki "İmam Zaman (ə.f)" adına məscid bağlanıb. Maide.Az İslamazeri-yə istinadən xəbər verir ki, bir neçə il öncə ürəklərində "Qarabağ dərdi" olan məcburi köçkünlərin maddi vəsaiti hesabına tikilmiş kiçik bir məscid hazırda sökülmək ərfəsindədir. Məcburi köçkünlərin bildirdiyinə görə, aprelin 14-də məscidə daxil olan polis geyimli şəxslər məscidin içini dağıdıblar. “ "Məscid əvvəl qaçqınlar(red: məcburi köçkünlər) yaşayan yerdə olub - "ərəb çadırları" deyilən yer idi. Sonra qaçqınlar buradan köçdülər və bu ərazini imkanlı bir şəxs alıb. Gəlib deyirki, mənimdir sökürəm. İndi biz qaçqınlara ev tikiblər; iki qəsəbədir 866-ci və 566-cı qəsəbələr. Lakin bizim namaz qıldığımız məscidi indi sökmək istəyirlər. Zahir adlı şəxs polislərin köməyilə məscidi bağlayıb. Biz kimə müraciət edək?”,-deyə sakinlər bildiriblər. Qeyd edək ki, Bərdədəki məcburi köçkünlər indiyə kimi məsələ ilə bağlı Bərdə şəhər "Cümə" məscidinin axunduna və DQİDK-nin rayon şöbəsinə müraciət ediblər. Məscidin əvvəlki halı: Aşağıdakı fotolar məscidin indiki halıdır: Teqlər : #Bərdədə məcburi köçkünlərin məscidini sökdürən kimdir? Foto, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dollar ucuzlaşırsa, qiymətlər niyə qalxır? Azərbaycan İrana 0,5 milyard kredit verir