Bəzi meşə massivlərində aşınma, yuyunma prosesləri baş verib

Bəzi meşə massivlərində aşınma, yuyunma prosesləri baş verib

Son zamanlar atmosfer yağıntılarının intensivləşməsi ilə əlaqədar olaraq, bəzi meşə massivlərində aşınma, yuyunma prosesləri baş verib.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev bildirib.

Ə.Piriyev qeyd edib ki, bu proseslər əsasən İsmayıllı, Quba-Xınalıq meşələrində olub:

“Son zamanlar atmosfer yağıntılarının intensivləşməsi ilə əlaqədar orada uçqunlar, çökmələr əmələ gəlib. Aşınma, yuyunma prosesləri nəticəsində xeyli yuyulmuş kütlə düzən sahələrə qədər gəlib çatıb. Belə proseslər İsmayıllıda daha çoxdur. İsmayıllıda Qaraməryəmə qədər aşınmış, yuyulmuş materaillar Basqal-Sulut yolunun 10-cu km-ə qədər qədər gəlib çatıb və yolu basıb”.

Lakin Ə.Piriyev hesab edir ki, meşə massivlərindəki aşınma və yuyunma prosesləri insanların meşələrdə dincəlməsi üçün heç bir problem yaratmır: “Bunun heç bir təhlükəsi yoxdur, ərazilərdə indi tam sakitlikdir. İnsanlar yenə də istirahətlərini edə bilərlər”.

Google+ WhatsApp ok.ru