Bağça və məktəblər qərarı

Bağça və məktəblər qərarı

Nazirlər Kabineti xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə qərar verib.
 
Qərara görə, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi bu tarixlərdən əyani formada təşkil edilir:
 
məktəbəqədər təhsil müəssisələrində – sentyabrın 15-dən;
 
ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə – sentyabrın 15-dən;
 
xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində – sentyabrın 15-dən;
 
ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə – oktyabrın 1-dən;
 
ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə – oktyabrın 1-dən;
 
ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə – oktyabrın 15-dən;
 
peşə təhsili müəssisələrində qısamüddətli kurslar üzrə – oktyabrın 1-dən;
 
peşə təhsilinin bütün səviyyələri üzrə – oktyabrın 15-dən;
 
ali və orta ixtisas təhsili müəssisələrində I kurs tələbələri üçün – oktyabrın 1-dən;
 
II və yuxarı kurs tələbələri üçün siyahısı Təhsil Nazirliyi ilə razılaşdırılmaqla və hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla təhsil müəssisələrinin müəyyən etdiyi ixtisaslar üzrə – oktyabrın 15-dən;
 
uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində yaş qruplarından və siniflərindən asılı olaraq – sentyabrın 15-dən, oktyabrın 1-dən və ya 15-dən.
 

Google+ WhatsApp ok.ru