Badamdar və Zığda sürüşmə aktivləşib

Badamdar və Zığda sürüşmə aktivləşib

“Səbail rayonu ərazisində, Badamdar sürüşmə sahəsindəki istinad divarlarında yerləşdirilmiş mayaklarda çatlar əmələ gəlib”.
 
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, Badamdar sürüşmə sahəsində ayrı-ayrı lokal sahələrdə sürüşmə kütləsinin su ilə tam doyaraq yamacboyu axması qeydə alınıb.
 
“Suraxanı rayonu ərazisində Zığ-1 sürüşmə sahəsində lokal sahələrdə sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Torpaq və divarlarda çatların ölçüsündə 1 sm-ə qədər genişlənmələr müşahidə edilib”, – deyə Ə. Qaralov söyləyib. /

Google+ WhatsApp ok.ru