Bakı-Ceyhanla satdığımız neftin miqdarı açıqlandı

Bakı-Tiflis-Ceyhan neft boru xətiinin (BTC) Ceyhan limanında yerləşən dəniz terminalından bu günə qədər olan bütün icrac hesablanıb və məlum olub ki, limandan 2 min 750 tankerə 2 milyard 101 milyon barrel xam neft yüklənib.

Axar.az xəbər verir ki, Azərbaycan neftini Türkiyə üzərindən dünya bazarına çıxaran və "əsrin enerji layihəsi" olaraq adlandırılan BTC-nin ixracı 2006-cı ilin 13 iyulundan hesablanıb. Bildirək ki, limanda eyni vaxtda hər biri 100 metr diametrə, 20 metr hündürlüyə və bir milyon barrel saxlama tutumuna malik bazalardan neft 7 tanker vasitəsi ilə daşınır. /

Google+ WhatsApp ok.ru