Bakı-Küveyt-Bakı reysi ilə ilk turist çarter reysi yerinə yetirilib 30 Yanvar 2017 02:00 İqtisadiyyat “Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkəti ilə Küveytin "AlKazemi Travel Agencies" turizm şirkəti arasında əməkdaşlıq haqqında sazişə əsasən AZAL-ın tarixində ilk turist çarter reysi Bakı-Küveyt-Bakı reysləri yerinə yetirilməyə başlanılıb. AZAL-dan verilən məlumata görə, cari ilin yanvar ayından sentyabr ayına kimi hələlik 2 çarter reysinin yerinə yetirilməsi planlaşdırılır. Reyslər “Airbus А320” laynerləri ilə Heydər Əliyev Beynəlxalq Hava Limanından Küveytin paytaxtında yerləşən Şeyx Saad Hava Limanına yerinə yetiriləcək. “Reyslərin əsas təyinatı - hər iki ölkəyə mütəşəkkil turist qruplarının daşınmasıdır. Bununla belə, bəzi reyslərə individual aviabiletləri AZAL-ın agentliklərində və ya aviaşirkətin saytında əldə etmək mümkündür”, - deyə məlumatda vurğulanıb. (apa) / Teqlər : #BakıKüveytBakı reysi ilə ilk turist çarter reysi yerinə yetirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Manat real bazar dəyərini nə vaxt tapacaq? -İqtisadçının ŞƏRHİ Azərbaycanın hər üç vətəndaşından biri banklara borcludur