Bakı-İstanbul reysi təxirə salındı

Bu gün İstanbulda müşahidə olunan tufanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından İstanbula olan uçuşların cədvəlində dəyişiklik edilib.
 
Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Hava Yolları (AZAL) şirkətindən bildirilib. 
 
“Belə ki, bu gün AZAL-ın saat 14:20-də Bakı-İstanbul istiqamətində hərəkət etməsi nəzərdə tutulan reysi təxirə salınıb. 
 
Bu gün saat 17:50, 20:45-də isə AZAL bu istiqamətdə uçuşlarını problemsiz həyata keçirəcək. 20:45-də isə Türk Hava Yollarının uçuşları həyata keçiriləcək”, deyə AZAL nümayəndəsi bildirdi.
 
Qeyd edək ki, cümə günündən etibarən İstanbulda müşahidə olunan tufanlı külək “Atatürk” və “Sabiha Gökçən” hava limanlarında 103 reysin təxirə salınmasına səbəb olub. Türkiyədə qeyri-sabit hava şəraitinin fevralın 3-nə qədər davam edəcəyi gözlənilir. 

Google+ WhatsApp ok.ru