Bakı 30 yeni `Stadler` vaqonu gətiriləcək

Stadler Rail Group şirkətindən 30 sərnişin vaqonunun alınması gözlənilir.
 
Maide.az xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Azərtac-a müsahibəsində deyib.
 
Onun sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində 80 faiz iş görülüb:
 
"Qalan 20 faiz iş isə hava şəraitindən asılı olaraq davam edir. Stansiyalarda, rabitə-siqnalizasiya sahəsində görüləcək müəyyən işlər qalıb. Bu işlər ilin axırına kimi tamamlanmalıdır. İlin axırında artıq biz öz qatarlarımızı sərhədə qədər apara biləcəyik.
 
Onu da qeyd edim ki, Bakı-Tiflis-Qars marşrutunda istifadə etmək üçün Stadler Rail Group şirkətindən 30 sərnişin vaqonunun alınması gözlənilir. Artıq dəmir yolu rəhbərliyi bununla bağlı sifariş verib və ötən ilin sentyabr ayından Stadler Minsk zavodunda vaqonların istehsalına başlanılıb. Bunlardan ilk 10 ədədi 2016-cı ilin iyun-avqust aylarında Bakıya gətiriləcək. Digər vaqonların da 2016-cı il ərzində Bakıya gətirilməsi gözlənilir. Vaqonlar 4 kateqoriyadan ibarətdir: standart, komfort, biznes və restoran. Həmin kateqoriyalardan asılı olaraq vaqonlarda 10, 20, 32 nəfərlik yer olacaq".

Google+ WhatsApp ok.ru