Bakıda ən təhlükəli sürüşmə zonaları hardadır?

Paytaxtın bütün ərazilərində təhlükəli sürüşmə zonaları müəyyən edilib
 
Bakının ən təhlükəli sürüşmə ocaqları müəyyənləşib. Tədqiqatlar Coğrafiya institutunun mütəxəssisləri tərəfindən aparılıb. Bununla yanaşı Bakı şəhəri və ətraf ərazilərinin relyefinin 3D modeli də yaradılıb.
 
İlk dəfə olaraq Bakının bütün ərazisində təhlükəli sürüşmə zonalarının müəyyən edilməsi üçün tədqiqat aparılıb.
 
Tədqiqat Bakının 2, 2 min kvadrat kilometrlik ərazisində aparılıb. Məlum olub ki, hazırda olduğumuz Dağüstü park, Gəncə prospekti, Yeni Günəşli yaşayış massivi, Masazır qəsəbəsi və Bayıl yamacında sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından təhlükəli hesab edilir. Mütəxəssisin sözlərinə görə son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsi daha da artıb
 
Sürüşməyə təbii amillərlə yanaşı su, kanalizasiya borularının köhnəlməsi və həmin ərazilərdə çoxsaylı iritonnajlı maşınların hərəkəti səbəb olur.
 
Bununla yanaşı, Bakı şəhərinin və ətraf ərazilərinin relyefinin 3D modeli yaradılıb. Bu modelə sürüşmə yayılan ərazilərdə aparılan topoqrafik planalma işlərinin nəticələri daxil edilib. xezerxeber /
 

Google+ WhatsApp ok.ru