Bakıda ‘İntizar’ qəzəl müsabiqəsi təşkil olunacaq

Bakıda ‘İntizar’ qəzəl müsabiqəsi təşkil olunacaq

İmam Zamanın (ə.c) mübarək mövludu münasibətilə Bakıda "İntizar" qəzəl müsabiqəsi təşkil olunacaq. 
 
Maide.Az xəbər verir ki, müsabiqədə müxtəlif yaş qruplarından yeniyetmə və gənclər iştirak edəcək.  Müsabiqə İmam Zamanın (ə.c) mövlud axşamı təşkil olunacaq. 
 
Müsabiqənin keçirilməsindən məqsəd gənc nəsilin çiçəklənməsi və İslami ədəbiyyat və mədəniyyətinin tanıdılmasıdır.
 
Qaliblərindən 10 nəfərə müxtəlif növ hədiyyələr  təqdim olunacaq. 
 
Qeyd edək ki, müsabiqə üçün nəzərdə tutulmuş şeirlər heç bir yerdə yayımlanmamış olmalıdır. 
 
Xatırladaq ki, müsabiqə İran Səfirliyin Mədəniyyət Mərkəzinin  və “Saqi Kövsər” Birliyi tərəfindən təşkil olunur.

Google+ WhatsApp ok.ru