Bakıda bağlanan və yolu dəyişdirilən marşrutlar - SİYAHI

Son günlər Bakı sərnişinnəqliyyatında aparılan islahatlar nəticəsində bağlanan və hərəkət istiqaməti dəyişdirilən marşurutların son siyahısı məlum olub.
 
Maide.az anspress-ə istinadən xəbər verir ki, islahatlar nəticəsində paytaxtdakı sərnişin avtobuslarından 10-u tamam bağlanıb.
 
İslahatlar nəticəsində 1, 14, 20, 25, 53, 69, 86, 90, 125, 194 saylı sərnişin avtobus xətlərinin fəaliyyəti dayandırılıb.
 
Bundan başqa, bəzi avtobusların hərəkət istiqaməti qısaldılıb.
 
2 saylı sərnişin avtobusunun hərəkət istiqaməti “Xətai” metrostansiyası;
15 saylı avtobus xəttinin hərəkət istiqaməti “Qara Qarayev”
120 saylı sərnişin avtobusunun hərəkət istiqaməti “20-ci sahə”yə qədər qısaldılıb və avtobusun nömrəsi dəyişdirilib. Artıq sərnişinlər 120 əvəzinə 20 saylı avtobusdan istifadə edəcəklər.
70 saylı avtobus xətti – “Neftçilər” metrostansiyası;
82 saylı sərnişin avtobusu – “Ulduz” stansiyası;
 
İslahatlar nəticəsində bəzi avtobusların hərəkət istiqaməti uzadılıb. Hərəkət istiqaməti uzadılan avtobuslar 11, 82 və 83 saylı marşurutlardır.

Google+ WhatsApp ok.ru