Bakıda daha 6 avtobusda gediş haqqı kartla ödəniləcək 11 May 2016 01:00 Ölkə Bu il iyunun 1-dən Bakının daha 6 avtobus marşrutunda nağdsız gediş haqqının tətbiq ediləcəyi gözlənilir. Bunu Trend-ə "Xaliq Faiqoğlu" nəqliyyat şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Füzuli Sadıqov deyib. Onun sözlərinə görə, avtobuslarda nağdsız gediş haqqı üçün oxuyan qurğuların quraşdırılması üzrə işləri ayın sonunadək başa çatdırmaq planlaşdırılır. Söhbət Bakıda 6 marşrut xətti (18, 61, 65, 85, 79 və 96 nömrəli sərnişin avtobusları) üzrə hərəkət edən 130 avtobusdan gedir. Teqlər : #Bakıda daha 6 avtobusda gediş haqqı kartla ödəniləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ədliyyə Nazirliyi son beş ildə uşaqlara ən çox qoyulan adların siyahısını açıqlayıb Azərbaycanın İrandakı yeni səfiri Məhəmməd Cavad Zərif ilə görüşüb