Bakıda daha bir avtobus marşrutu açıldı

Bu gündən Bakıda daha bir avtobus xətti fəaliyyətə başlayır. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) verilən məlumata görə, bu gündən etibarən yeni - 3 saylı marşrut xətləri istifadəyə verilib.
 
İlkin mərhələdə 7, 8 və 9 noyabr, 2015-ci il tarixlərində sınaq olaraq hər gün 8 ədəd avtobus xidmət göstərəcək. 10 noyabr, 2015-cil il tarixindən etibarən 3 saylı xətdə 18 ədəd avtovus xidmət göstərəcək.
 
3 nömrəli avtobusun hərəkət istiqaməti isə aşağıdakı kimi olacaq.
 
Fransa istehsalı olan “İveco” avtobuslar 3 saylı xətt üzrə “Azadlıq prospekti” metrosundan başlayaraq Süleyman Sani Axundov küçəsi - Şövkət Məmmədova küçəsi – Səttar Bəhlulzadə - Atatürk prospekti – Nəsib bəy Yusifbəyli küçəsi – Səməd Vurğun küçəsi – Ənvər Qasımzadə küçəsi –Bakıxanov küçəsi – İnşaatçılar prospekti – Ə.Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətində hərəkət edəcək.
 
Əks istiqamətdə Şəhidlər Xiyabanı - Parlament prospekti – Hüseyn Cavid prospekti – Ə.Haqverdiyev küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi - Ənvər Qasımzadə küçəsi – Ceyhun Hacıbəyli küçəsi – Fətəli Xan Xoyski küçəsi – Koroğlu Rəhimov küçəsi - Fətəli Xan Xoyski küçəsi – Atatürk prospekti –Şövkət Məmmədova küçəsi – Cəfər Xəndan küçəsi – İbrahim Paşa Dadaşov küçəsi– "Azadlıq prospekti" metrosu xətti üzrə hərəkət edir.
 
"BakuBus"un avtobusları 8 istiqamətdə fəaliyyət göstərir - 1, 2, 5, 6, 8, 14, 3 və H1 (Hava limanı istiqaməti).
 
Ən son olaraq noyabrın 2-də 14 saylı marşrut avtobusu iki gün test rejimində işlədikdən sonra xəttə buraxılıb.
 
"BakuBus" MMC Nazirlər Kabinetinin 3 aprel, 2014-cü il tarixli, 92 nömrəli qərarına əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişin daşımalarının yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub. Həmin avtobuslar Bakıya ilk dəfə Avropa Oyunları üçün gətirilib.

Google+ WhatsApp ok.ru