Bakıda elektrik qatarları bərpa olunur – RƏSMİ AÇIQLAMA 16 Avqust 2016 01:00 Ölkə 017-ci ilin sonunadək Bakı Dəmiryol Vağzalından Pirşağı-Novxanı-Bağlar istiqamətində elektrik qatarları bərpa ediləcək. Dövlət Dəmiryolu İdarəsindən (DDİ) verilən məlumata görə, bununla bağlı gələn ilin əvvəlindən dairəvi dəmiryolunda təmir-bərpa işlərinə başlanacaq. Qatarlar bağlardan gəlib Zabrat stansiyasından “Koroğlu” metrosu istiqamətində hərəkət edəcək. Oradan isə birbaşa Dəmiryol Vağzalına gedəcək. Beləliklə, Bakı kəndlərinin bir hissəsini əhatə edən dəmiryolu xəttinin işə düşməsi sərnişinlərin gediş-gəlişini rahatlaşdırılacaq. Eyni zamanda yollarda maşınların sıxlığını azaldacaq. Aeroporta qatar hardan gedəcək? DDİ-dən bildiriblər ki, Mərdəkan-Şüvəlan istiqamətində elektrik qatarlarının bərpası da planlaşdırılıb. Lakin bu istiqamətdə işlər hələ başlamayıb. Plana əsasən, həmin xəttin Binə qəsəbəsindən keçən hissəsindən Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmiryolu xətti tikiləcək. Bu işlərin 2017-ci ildən sonra başlanacağı bildirilib. Biləcəri və Xırdalan stansiyaları hazırlanır Bu ilin sonuna kimi isə Biləcəri və Xırdalan dəmiryolu stansiyaları vətəndaşların istifadəsinə veriləcək. Dəmiryol İdarəsindən bildiriblər ki, həmin stansiyalarda platformaların və turniketlərin qurulması işləri aparılır. Xəbər verilib ki, bu işlər ilin sonuna kimi yekunlaşacaq. Bundan sonra Bakı-Sumqayıt qatarı həmin stansiyalarda da dayanacaq və sərnişinlərə xidmət edəcək. (fins.az) / Teqlər : #Bakıda elektrik qatarları bərpa olunur – RƏSMİ AÇIQLAMA, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əhalinin çətin imtahanı: 30 qəpiklik çörək yoxa çıxdı Bakının Xətai rayonunda və Masallının bəzi kəndlərində qaz təchizatı məhdudlaşdırılacaq