Bakıda həzrəti Mehdinin (ə.f) mövludu münasibəti ilə mərasim keçirilib

Mərasim iyun ayının 2-i Maştağa qəsəbəsində  baş tutub.
 
Tədbirdə ölkənin tanınmış ilahiyyatçı alimləri, məddahlar və çox sayda inanclı iştirak edib.
 
Məddahlar həzrəti Mehdinin (ə.f) şəninə şeirlər, mədhiyyələr səsləndiriblər. Tədbir zamanı baş tutan atəşfəşanlıq insanların marağına səbəb olub.
 
Sonda dualar oxunaraq tədbir yekunlaşıb.

Google+ WhatsApp ok.ru