Bakıda havanın temperaturu iqlim normasından yüksəkdir 18 İyul 2016 01:00 Ölkə Yüksək temperatur yaxın 2-3 gün ərzində davam edəcək Hazırda Azərbaycan ərazisində müşahidə edilən hava temperaturu iqlim normasından bir qədər yüksəkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, dünən Bakı və Abşeron yarımadasında iqlim normasından yüksək temperatur qeydə alınıb. Belə ki, iyulun 17-də paytaxtda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub. Ötən günlərdə müşahidə edilən iqlim normasından yüksək temperatur yaxın 2-3 gün ərzində də davam edəcək. Qeyd olunub ki, temperatur iqlim normasından yüksək olsa da, hələlik anomal istilər müşahidə olunmayıb: "Əvvəlki illər iyun ayında bundan da isti temperatur qeydə alınıb. İyul ayında ən yüksək temperatur 2010-2011-cı ildə 40 dərəcə olub". // Teqlər : #Bakıda havanın temperaturu iqlim normasından yüksəkdir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsti havalarla bağlı `Azərbaycan Dəmir Yolları` gücləndirilmiş iş rejiminə keçib Sel suları 20-yə yaxın rayonda avtomobil yollarına ziyan vurub