Bakı dairəvi yolundan istifadə edən sürücülərin nəzərinə

Bakı dairəvi avtomobil yolunun 0-5-ci km-də (Bakı Beynəlxalq Avtovağzalından Lökbatan istiqamətinə) təmir işlərinə başlanılıb. 
 
“Qafqazinfo” xəbər verir ki, “Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ərzində yolun həmin hissəsində avtomobil nəqliyyatı vasitələrinin hərəkəti mərhələli şəkildə qismən məhdudlaşdırılacaq.
 
ASC-dən bildiriblər ki, hazırda yolun 4-5-ci km-də təmir işləri gedir və həmin hissədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb./

Google+ WhatsApp ok.ru