Bakıda İmam Əlinin (ə) mövlud mərasimi keçirilib - FOTO

Bakıda İmam Əlinin (ə) mövlud mərasimi keçirilib - FOTO

-- Bu gün

Vilayət şahı, hidayət şamı, möminlərin mövlası və Peyğəmbərin (s) haqq canişini imam Əlinin (ə) doğum günü münasibətilə Bakıda mövlud mərasimi keçirilib.
 
Maide.Az xəbər verir ki, mərasim bu gün günün ikinci yarısında Şəhriyar Mədəniyyət Evində Əhli-beyt (ə) aşiqlərinin iştirakı ilə keçirilib. 
 
Mərasimdə çıxış edənlər möminlər ağasının fəzilətlərindən danışıb. Əziz İslam Peyğəmbəri(s.ə.s) məşhur “Mən elmin şəhəriyəm, Əli isə onun açarıdır” hədisi ilə o həzrətin necə əzəmətli bir mövqeyə malik olduğunu vurğulayıblar. 
 
Daha sonra Əhli-beyt məddahları İmam Əli(ə) haqda şerlər oxuyub. 
 
İmam Əlinin (ə) mövludu  münasibətilə Azərbaycanın müxtəlif bölgələrində ötən gün və bu gün müxtəlif mərasimlər keçirilib. 
 
Kəbə mövludunun səadətli mövludu münasibətilə sabahda  Azərbaycanda müxtəlif bölgələrdə  mərasimlərin keçirilməsi nəzərdə tutulub.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru