Bakıdan Məşhədə təyyarə ilə getmək üçün zəvvarlar nə qədər pul ödəməlidir? (ÖZƏL)

Bakıdan Məşhədə təyyarə ilə getmək üçün zəvvarlar nə qədər pul ödəməlidir? (ÖZƏL)

 
Xəbər verdiyimiz kimi Avqustun 10-da Bakı-Məşhəd reysinin ilk uçuşu həyata keçirilib. 
 
Sözügedən reys həftədə iki dəfə (Bazar və 3-cü günlər) həyata keçiriləcək. 
Yerli vaxtla saat 18-də Məşhədin Şəhid Haşeminejad hava limanından Bakıya uçan təyyarə, saat 21:00-da isə Bakını Məşhəd istiqamətində tərk edəcək. 
 
Bakı-Məşhəd reysini "ATA Airlines" şirkəti 150 nəfərlik AirBus 320 təyyarəsi ilə həyata keçirəcək 
 
Bakı-Məşhəd reysinin uçuş qiymətləri ilə bağlı sosial mediada müxtəlif versiyalar səsləndirilirdi. Və bu vəziyyəti aydınlaşdırmaq məqsədi ilə İranın "ATA Airlines" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nadir Şayəstə Maide.Az-ın mövzu ilə bağlı sualını cavablandırıb. 
 
N.Şayəstə deyib ki, Bakı-Məşhəd aviareysinin açılması hər gün inkişafda olan Azərbaycan və İran mədəniyyət əlaqələrini daha da genişləndirilməsinə zəmin yaradacaq. “Bakı-Məşhəd aviareysi üzrə uçuşlar davamlı olaraq 1 il müddətinə həftədə iki dəfə (Bazar və 3-cü günlər) həyata keçiriləcək. Azərbaycan tərəfdən "BakuLand" turizm şirkəti və İran tərəfdən "ATA Airlines" şirkəti, daha iki İranlı şirkətlə birgə bu uçuş reysində əməkdaşlıq edirlər. Bir ildən sonra zəvvarların sayı çoxalarsa ola bilsin biz bu uçuşları gündəlik etdik”.
 
N.Şayəstə həftə ərzində digər uçuşların olduğu üçün uçuş saatlarının  dəyişə biləcəyini də bildirib. “Uçuşların qiymətinə gəlincə Bakı-Məşhəd reysi üzrə uçuş bir tərəfli  240 manat, iki tərəfli isə 420 manat təşkil edəcək.  Bundan başqa bizim 3, 4 və 7 gecəlik turlarımız da olacaq. Bu turların qiyməti 550-970 manat arası dəyişir. Tur paketinin içərisinə daxildir: hotel, 3 dəfə yemək, transfer və gediş-gəliş bileti.”
 
N.Şayəstə əlavə edib ki, bəzi xüsusi günlər və bayramlarda güzəştlər tətbiq olunacaq. Misal üçün qarşıdan İmam Rzanın (ə) mövludu gəlir bu gün münasibəti  ilə 15 faiz güzəşt olunacaq.⁠⁠⁠⁠

Google+ WhatsApp ok.ru