Bakıda qida sərgisi keçiriləcək 29 Mart 2016 01:00 Ölkə Bakı Ekspo Mərkəzində mayın 19-dan 21-nə kimi Beynəlxalq Qida Sənayesi (“WorldFood Azerbaijan 2016”) sərgisi keçiriləcək. Maide.az xəbər verir ki, bu haqda təşkilatçı İteca Caspian şirkətinin saytı xəbər verir. Xəbərdə sözügedən sərginin regionun qida sənayesi üzrə ən mühüm və əhəmiyyətli tədbirlərindən biri olduğu bildirilir. Sərgidə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Çexiya, Qazaxıstan, Hindistan, İspaniya, İtaliya, Litva, Rusiya, Türkiyə və Ukraynanı təmsil edən 200-dən artıq şirkətin iştirakı nəzərdə tutulur./ Teqlər : #Bakıda qida sərgisi keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 40 min tələbə ali məktəbdən çıxarılıb Mövlud münasibəti ilə hədiyyə paylanıldı!