Bakıda sərnişindaşıma ilə məşğul olan şirkətlərə xəbərdarlıq edilib 22 Noyabr 2016 02:00 Ölkə Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə əlaqədar zəruri tapşırıqlar verib Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı verilən məlumata əsasən, bu gecədən başlayaraq yolların buz bağlaması ehtimalını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edib. Bu barədə "Report"a BNA-dan bildirilib. Məlumata görə, daşıyıcı şirkətlərə sərnişindaşımada istifadə edilən avtobusların xəttə çıxmazdan öncə texniki baxımdan yoxlanılmasına nəzarətin gücləndirilməsi, avtobusların salonunda isitmə sisteminin işlək vəziyyətə gətirilməsi tapşırılıb. Sərnişinlərin təhlükəsizliyi baxımından avtobus sürücüləri metereoloji vəziyyəti nəzərə alaraq yollarda müəyyən edilən sürət həddinə ciddi əməl etməlidirlər. Həmçinin, sərnişinlərin soyuq havada dayanacaqlarda uzun müddət gözləməsinin yol verməmək üçün daşıyıcılara avtobuslararası intervalı tənzimləmələri də tapşırılıb. / Teqlər : #Bakıda sərnişindaşıma ilə məşğul olan şirkətlərə xəbərdarlıq edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda xarici dillərdə reklamlara icazə verilir Lənkəranda məktəb yararsız vəziyyətdədir: Şagirdlər odun yandırıb qızınırlar - FOTO