Bakıda xanım Zəhranın (ə) şəhadəti münasibəti ilə sərgi təşkil olunub

Bu günlər həzrəti xanım Zəhranın (ə) şəhadət günləridir.

Maide.az-ın  məlumatına görə, Peyğəmbərin ciyər parəsi xanım Zəhranın (s.ə) şəhadəti ilə bağlı bu gün Bakıda ictimai və mədəni tədbir keçirilib. Tədbir çərçivəsində Xanım Zəhranın (s.ə) müsibətli həyatından bəhs edən "Qəm evi" adlı sərgi təşkil olunub. Sərgi bu gün saat 15:00-da açıq elan edilib. Sərgidə Xanımın evi, namaz qıldığı mehrab və digər səhnələr mövcuddur. Sərgi Şəhriyar adına Mədəniyyət Mərkəzində təqdim olunub. 
Qeyd edək ki,"Qəm evi" adlı  sərgi "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin "Nərgiz" Qadınlar Cəmiyyətinin dəstəyi ilə təşkil olunub. Sərgi mart ayının 5-ə qədər davam edəcək. /

Google+ WhatsApp ok.ru