Bakıda yaşayış binalarının həyətinə də parkomat yerləşdirildi - FOTO

Bakıda yaşayış binalarının həyətinə də parkomat yerləşdirildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyəti şəhərin bir çox yerlərində nəqliyyat vasitələrinin parklanması üçün nəzərdə tutulan sahələrə parkomatlar quraşdırılır.
 
Bəzən həmin parkomatların dayanma-durma qadağan olunan yerlərə quraşdırılmasının da şahidi oluruq. Avtosfer.az az saytı yazır ki, İcra Hakimiyyətinin bu addımı həm gülüncdür, həm də qanunsuz.
 
Şəhərdə avtomobillərin sıx hərəkəti olmayan küçələrdə (ara küçələrdə) avtomobili saxlamaq istəyən kimi adamın gözünə ilk növbədə parkomat dəyir. Belə parkomatlardan biri də Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi (XTAİ) tərəfindən Qara Qarayev prospektində yerləşən binaların birinin həyətində quraşdırılıb.
 
Binalarda yaşayan sakinlər isə bundan narahatlıqlarını ifadə edirlər. Onlar bildirirlər ki, orada yaşayan sakinlərin və onların evinə gələn qonaqların parkomata pul ödəməsi gülüncdür: "Bəs binanın həyəti nə üçündür? Heç kimə lazım olmayan bu parkomatlar dərhal sökülməlidir. Yaxşı olardı ki, yollara parkomat əkməkdənsə ağac əkərək təbiəti və ekologiyanı gözəlləşdirsinlər".
 
 

Google+ WhatsApp ok.ru