Bakıda yeni dəmiryolu çəkiləcək 25 Noyabr 2016 02:00 İqtisadiyyat Hazırda təmirdə olan Mərkəzi Dəmiryol Stansiyası artıq dekabrın 24-də fəaliyyətə başlayacaq. Bu barədə "Azərbaycan Dəmir Yolları”nın rəhbəri Cavid Qurbanov bildirib. O qeyd edib ki, Bakı-Sumqayıt marşrutunda sərnişinlərin sayı artıb və yeni stansiyaların açılması, yeni lokomotiv və qatarların alınması nəzərdə tutulur. Bunula yanaşı, ADY Bakı-Pirşağı-Sumqayıt istiqamətində 29,2 km uzunluğunda dairəvi dəmir yolunun tikintisinə başlayacaq. QSC-nin rəhbəri biletlərin onlayn satış sistemi, ötən il ərzində ADY tərəfindən alınan yeni lokomotivlər və elektrik qatarları barədə məlumat verib və bildirib ki, Naxçıvan-Məşəd marşrutu üzrə sərnişin qatarları noyabr ayının sonundan etibarən istismara veriləcək. / Teqlər : #Bakıda yeni dəmiryolu çəkiləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanın xarici dövlət borcu açıqlanıb Dünya bazarında qızıl 11 dollardan çox ucuzlaşıb