Bakı Limanının köçürülməsinə başlanılıb

Bakı Limanının köçürülməsinə başlanılıb

“Bakı Limanının köçürülməsi işləri artıq başlayıb".
 
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Vəfa Səfərli deyib.
 
Onun sözlərinə görə, hazırda limandakı kranların sökülməsi prosesi gedir: “Növbəti il əməliyyatların böyük bir hissəsi Ələtdə olacaq. 2019 -cu ilin I rübündən bütün əməliyyatlar orda həyata keçiriləcək”. 

Google+ WhatsApp ok.ru