Bakı məktəblərinin 15 faizində şagird sıxlığı müşahidə edilir 11 Sentyabr 2017 01:00 Ölkə Azərbaycanda son 3 ildə I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi bir çox məsələnin həllinə müsbət təsir edir. Maide.Az bildirir ki, APA-nın xəbərinə görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, hazırda Bakı məktəblərinin yalnız 15 faizində şagird sıxlığı müşahidə edilir: “Həmin məktəblərdə də uşaqların qəbulu mikro-ərazi prinsipi əsasında aparılır. Bundan əlavə, uşağın bacı-qardaşı həmin məktəbdə oxuyursa, valideynlərə problem yaratmamaq üçün həmin uşaqlar da bu məktəblərə yerləşdirilir. Bakının 85% məktəbində isə heç bir sıxlıq müşahidə olunmur və nəticədə mikro-ərazi prinsipi tətbiq edilmir. Valideynlər uşaqlarını istədikləri məktəbə yerləşdiriblər”. M. Vəliyeva qeyd edib ki, artıq 45 mindən artıq uşaq məktəblərə sənədlərini təqdim edib. 46 mindən çox uşağın yeni tədris ilində I sinfə qəbulu proqnozlaşdırılır. Məktəblərdə ibtidai siniflər üzrə Rus dili müəllimlərinin çatışmazlığı ilə bağlı məsələyə gəlincə, idarə müdiri qeyd edib ki, ötən illərdən fərqli olaraq, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə Rus dili müəllimlərinin nəticələri daha yüksək olub: “Nəticədə biz məktəblərin çoxunu Rus dili müəllimi ilə təmin edə biləcəyik. Amma yenə də müəllim-kadr çatışmazlığı olacağı məktəblərdə daxili imkanları hesabına öz kadrlarından istifadə etməklə məktəblər sinifləri müəllimlə təmin edəcək”. Teqlər : #Bakı məktəblərinin 15 faizində şagird sıxlığı müşahidə edilir , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təhsil Nazirliyi: Kifayət qədər dərslik var Sabaha olan hava proqnozu açıqlanıb