Bakı Metropoliteni yeni stansiyaların istismara verilməsi tarixini açıqlayıb

"Bakı Metropoliteni" QSC "bənövşəyi xətt"in ilk iki - "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarını 2015-ci ilin sonuna istismara verməyi planlaşdırır. Bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
 
Onun sözlərinə görə, hazırda lazımi avadanlığın quraşdırılması və stansiyaların abadlığı üzrə iş gedir: "Plana əsasən, stansiyalar bu ilin sonuna açılacaq".
 
Qeyd edək ki, "bənövşəyi xətt" 12 stansiyadan ibarət olacaq./
 

Google+ WhatsApp ok.ru